Cənubi Koreyada koronavirusa yoluxanların sayı 3526 nəfərə çatıb

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 3526 nəfərə çatıb Cənubi Koreyada daha 376 nəfər yeni növ koronavirusa yoluxub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.
Məlumata əsasən, yerli vaxtla saat 09:00 üçün yeni növ koronavirusa yoluxanların sayı 3526 nəfərə çatıb, onlardan 17 nəfəri ölüb, 30 nəfəri isə sağalıb.
Bildirilir ki, koronavirus şübhəsi ilə daha 32422 nəfərin analizləri yoxlanılır.
Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.

Tehsil-press.az



Oxşar xəbərlər