Koronavirusla bağlı son rəqəmlər - Video

Koronavirusla bağlı son rəqəmlər - Video Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 209 ölkəsində 1 431 973 nəfər koronavirusa yoluxub. Azərbaycanda isə 665 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 23-nün vəziyyəti ağır, 31-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 8 nəfər virus səbəbindən həyatını itirib, 44 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 365 972 aktiv xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 17 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə indiyə kimi 142 min yoluxma halı qeyd olunub. Almaniyada 108 minə yaxın yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 2 016 ölüm.
Qonşu Türkiyədə yoluxma sayı artıq 35 minə yaxınlaşır. İranda sağalanların sayı hər keçən gün yüksəlir. Ölkədə 31 min aktiv, 27 min sağalmış xəstə var.
Tehsil-press.az qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:



Tehsil-press.az


Oxşar xəbərlər