Azərbaycanda koronavirusdan sağalanların sayı 300-ü keçdi

Azərbaycanda koronavirusdan sağalanların sayı 300-ü keçdi Azərbaycanda bu gün koronavirusdan sağalanların sayı 62 nəfər artıb.
Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Tehsil-press.az

Oxşar xəbərlər