Azərbaycanla qonşu ölkələrdə vəziyyət necədir? - Statistika

Azərbaycanla qonşu ölkələrdə vəziyyət necədir? - Statistika Rusiya, Gürcüstan və Ermənistanda koronavirus epidemiyasına dair bu günə olan vəziyyət və statistik məlumatlar açıqlanıb.
Sözügedən üç ölkə arasında yoluxma sayına görə birinci yerdə Rusiya qərarlaşıb. Rusiyada koronavirusa yoluxanların ümumi sayı ötən gün ərzində 3388 nəfər artmaqla günlük artım tempində rekord qeydə alınıb. Ölkə üzrə xəstəlik səbəbindən həyatını itirənlərin ümumi sayı 198 nəfər təşkil edir. 1,986 pasiyentin isə sağalaraq evinə buraxıldığı bildirilib.
Gürcüstanda isə son 24 saatda daha 6 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 306-ya çatıb. Ölkə üzrə bu günə qədər 3 nəfər xəstəlik səbəbindən həyatını itirib. 69 pasientin müalicə olunaraq sağaldığı açıqlanıb.
Ermənistanda koronavirusa yoluxanların sayı gün ərzində daha 44 nəfər artaraq 1111-ə çatıb. Xəstəlik səbəbindən 17 nəfər həyatını itirib, 297 nəfər isə sağalaraq evinə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər