Bakı Xoreoqrafiya Akademiyasının yeni layihəsi: Biz varıq və birlikdəyik

Bakı Xoreoqrafiya Akademiyasının yeni layihəsi: Biz varıq və birlikdəyik Dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası səbəbindən Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejimi və bununla əlaqədar sosial təcrid tədbirlərinin gücləndirilməsi elm və sənət sahələrində fəaliyyət göstərən bir çox yaradıcı insanlar üçün virtual şəkildə müasir informasiya və yüksək texnologiyalar vasitəsilə yeni-yeni layihələr hazırlayıb ictimaiyyətə təqdim etməsinə şərait yaradıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət” kanalı ilə birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsinin konsepsiyasına uyğun olaraq, Bakı Xoreoqrafiya Akademiyası professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” devizi ilə layihəyə start verib.
Layihə çərçivəsində bu təhsil ocağının müəllimlərinin elmi nailiyyətləri və yaradıcılığını əks etdirən ustad dərsləri, mühazirə və seminarlar, konsert proqramlarının nümayişi, “Bədii təhsilin aktual problemləri” mövzusunda VII respublika elmi-nəzəri onlayn konfransın, eləcə də “Yallı – birliyin rəmzi olan rəqs” fləşmobunun keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər