
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi dərslərin keyfiyyət və çevikliyinin təmin edilməsi məqsədilə müəyyən təlimatlar, metodiki göstərişlər və proqram təminatı ilə bağlı məsləhət xarakterli tele və videogörüşlər təşkil edir, nümunəvi dərsləri ali təhsil müəssisəsinin rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsində yerləşdirir. Belə ki, akademiyanın tam orta təhsil pilləsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fizika, riyaziyyat, biologiya və digər fənlər üzrə bu cür dərslər təşkil olunub.
Dərslər bundan sonra da davam etdiriləcək.
Tehsil-press.az