Azərbaycan Universitetində bütün tədbirlər onlayn rejimdə keçirilir

Azərbaycan Universitetində bütün tədbirlər onlayn rejimdə keçirilir Azərbaycan Universitetində dərslərlə yanaşı, tədbirlər də onlayn rejimdə keçirilir.
Bazar ertəsindən başlayaraq kafedraların təşkilatçılığı ilə pandemiya mövzusunda vebinarlara start verilib. İlk vebinarı Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva aparıb.
Vebinar “Pandemiya dövründə stresin idarə olunması” mövzusuna həsr olunub. Onlayn tədbirdə pandemiya anlayışı, stres ümumi adaptasiya sindromu kimi, karantin dövründə stresin səbəbləri, fizioloji və emosional əlamətləri, stresli vəziyyətdə nə etməli, ondan qorunmanın vasitələri kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, universitetin müəllim, tələbə və inzibati heyəti üçün nəzərdə tutulan digər vebinarların qrafiki ilə ali məktəbin saytında tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər