Azərbaycan Dillər Universitetində onlayn dərslərə başlanılıb

Azərbaycan Dillər Universitetində onlayn dərslərə başlanılıb Azərbaycan Dillər Universitetində tədris prosesinin onlayn rejimdə aparılmasına başlanılıb.
Universitetdən Tehsil-press.az-a bildirilib ki, ilk dərs Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tərəfindən təşkil olunub. Zoom.us onlayn platforması üzərindən keçirilən dərs “Mərkəzi Asiya ölkələri müasir beynəlxalq münasibətlər sistemi” fənninin sillabusuna uyğun olaraq “Sovet İttifaqının süqutunun Mərkəzi Asiya ölkələri üçün yaratdığı nəticələr” mövzusunu əhatə edib.
Onlayn dərslərin cədvəli tələbələrlə razılaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər