AMEA-nın əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər Bu günlərdə Almaniyanın Berlin şəhərində Azad Berlin Universitetinin (Freie Universität Berlin) İranşünaslıq İnstitutunun təşkilatçılığı ilə 9-cu Avropa İranşünaslıq konfransı keçirilib. Qeyd etmək lazımdır ki, həmin konfrans Avropa İranşünaslıq İnstitutu tərəfindən bu istiqamətdə təşkil olunmuş dünyada ən nüfüzlü konfrans hesab edilir. Konfransda dünya ölkələrinin bu istiqamətdə araşdırmalar aparan əsas elmi mərkəzləri, tanınmış alimləri və tədqiqatçıları ilə iştrak etmişlər. Azərbaycan alimlərini bu nüfuzlu tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov və AMEA A.A.Bakixanov adına Tarix İnstitutunun aparıcı elmi işcisi, dosent Nigar Gözəlova təmsil ediblər. Nigar Gözəlova və Əkrəm Bağırovun müzakirəyə çıxardığı mövzular təşkilatçıların böyük marağına səbəb olmuş və bunun nəticəsi olaraq onlara xeyli sual ünvalanıb. Beləliklə, bizim nümayəndə heyətinin təmsilçilərinin hamısının məqalələri Avropa İranşünaslıq İnstitutunun nüfüzlü jurnalında çap edilmək üçün seçilmişdir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər