
Beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.
Tədbirin təşkilatçıları Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu”dur.
Elmi konfransda iştirak üçün Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.
Konfrans “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir” və “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” bölmələrində fəaliyyət göstərəcək.
Tehsil-press.az