
Ankarada dələzudluq və soyğunçuluq cinayətləri ilə mübarizə aparan polis şöbəsi daxil olan çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat çərçivəsində “Azərilər Dayanışma Derneyi” adlı təşkilatın üzvü olan və bu təşkilat vasitəsilə insanları aldadaraq onlardan təxminən 1 milyon lirə mənimsəyən Xalidə M. saxlanılıb.
İstintaqla Azərbaycan əsilli qadının Türkiyəyə 8 il öncə turist olaraq gəldiyi və Azərbaycanda dələduzluq faktına görə axtarışa verildiyi müəyyənləşdirilib. Həmçinin məlum olub ki, o, Rusiyada universitetdə təhsil alıb və 3 dil bilir. Anası ötən illərdə Rusiyada millət vəkili kimi fəaliyyət göstərib.
Bundan əlavə, Xalidə M.-nin bir çox insanı evlilik vədi ilə aldatdığı da bəlli olub.
Tehsil-press.az