Azərbaycanda "səfir" tutuldu

Azərbaycanda Qadın səfir adı ilə 70 min manat mənimsəyib.

Gəncədə vətəndaşları müxtəlif vədlərlə aldadaraq onlardan külli miqdarda pul alan qadın tutulub. Tehsil-press.az-ın məlumatına görə, bir neçə şəhər sakini Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək Kifayət adlı qadının onlara müxtəlif vədlər verərək külli miqdarda pul alması, həmçinin özünü Ukrayna səfiri, xeyriyyəçi və işədüzəltmə təşkilatının rəhbəri kimi qələmə verərək dələduzluq etməsi barədə şikayət ediblər.
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayonunda doğulan və hazırda Ukrayna Respublikasının vətəndaşı olan, 1968-ci il təvəllüdlü Kifayət Rəhim qızı Həşimova tutulub.
Araşdırma nəticəsində onun respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalandan vədlər verərək onların təxminən 50 min manatdan çox pulunu mənimsədiyi məlum olub. Gəncədə isə onun 20 min manatlıq dələduzluq etdiyi bəlli olub.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.


Azərbaycanda "səfir" tutuldu

Azərbaycanda "səfir" tutuldu

Tehsil-press.az

Oxşar xəbərlər