
Videobağlantıya qoşulan rektor Elçin Babayev alimin fəaliyyətindən danışıb, araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açaraq professorun elmi tədqiqatlarına 46 mindən çox istinad olduğunu qeyd edib.
Professor Qərib Mürşüdov koronavirus pandemiyasının yaratdığı qlobal problemlər, infeksiyanın geniş yayılmasının səbəbləri, virusla mübarizədə qarşıya çıxan çətinliklər, COVID-19-un diaqnostika və müalicə üsulları, vaksinlər hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib. Alim artıq dünyada sosial məsafənin vacib davranış qaydası hesab edildiyini deyib və insanları bu qaydalara riayət etməyə çağırıb.
Q.Mürşüdov məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnun olduğunu deyib.
“Microsoft Teams” platforması üzərindən təşkil edilmiş dərs iştirakçıların böyük marağına səbəb olub. Biologiya fakültəsinin dekanı Çingiz Məmmədovun moderatorluğu ilə keçirilən ustad dərsi iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az