Kembric Universitetinin professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantlarına mühazirə oxuyacaq

Kembric Universitetinin professoru Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantlarına mühazirə oxuyacaq Bu gündən Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov I kurs magistrantlarına distant formada mühazirələr oxuyacaq.
MBBİ-nin magistrantları üçün nəzərdə tutulan mühazirələr “Biologiyanın müasir problemləri” və “Struktur biologiyanın üsulları” ixtisas kurslarını əhatə edəcək və həftənin I-III və V günləri, gündə iki dəfə olmaqla, saat 13:00 və 19:00-da “Zoom” platforması üzərindən həyata keçiriləcək.
Magistrantlar aşağıdakı link vasitəsilə mühazirələrdə iştirak edə bilərlər: https://zoom.us/j/97788689308

Tehsil-press.az

Oxşar xəbərlər