Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb. Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, virus xaricdən gələn şəxslərdə tapılıb (biri Şanxayda, biri Quandun əyalətində, biri Şensi əyalətində, ikisi isə Sıçuan əyalətində).
Ölkənin tibb müəssisələrində 73 nəfərin müalicəsi davam etdirilir.
Çində ümumilikdə 83 022 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 315 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər