Çində koronavirusa yoluxanların sayı artdı
Çində son sutka ərzində daha 30 nəfər koronavirusa yoluxub, 29 nəfər sağalıb, ölən yoxdur. Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virusa yoluxanlardan 23-ü xaricdən gələn şəxslər, 7-si isə yerli sakinlərdir (hamısı Heyluntszyan əyalətində).
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 642 nəfər həyatını itirib, 84 253 yoluxma halı qeydə alınıb.
Tehsil-press.az
- Baxış: 4314
Xəbərin tarixi: 22.04.2020 / 14:00
-
Oxşar xəbərlər