Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı Çində son sutka ərzində daha 2 koronavirusa yoluxma halı və 6 simptomsuz daşıyıcı aşkarlanıb, 46 pasiyent sağalıb, ölən yoxdur.
Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virus xaricdən gələn şəxslərdə tapılıb. Onlardan biri Şanxayda, digəri isə Quandunda qeydə alınıb.
Son sutka ərzində 29 nəfər karantindən buraxılıb, 880 simptomsuz daşıyıcı nəzarət altında qalmaqdadır.
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 885 yoluxma halı qeydə alınıb. Hazırda 295 nəfərin müalicəsi davam etdirilir (onlardan 23-ü ağır vəziyyətdədir), 77 957 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər