Çində koronavirusa yoluxan və ölənlərin sayı yenə artdı

Çində koronavirusa yoluxan və ölənlərin sayı yenə artdı Çində son sutka ərzində daha 63 koronavirusa yoluxma halı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 91 pasiyent sağalıb. Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, 63 yeni yoluxma halından 61-i xaricdən gələn şəxslərdə aşkarlanıb, digər ikisi yerlidir (hər ikisi Quandun əyalətində).
İndiyədək Çində 81 865 yoluxma halı qeydə alınıb, 1 160 nəfərin müalicəsi davam etdirir (onlardan 176-sı ağır vəziyyətdədir), 77 370 nəfər xəstəxanalardan evə buraxılıb, 3 335 pasiyent vəfat edib.

Tehsil-press.az



Oxşar xəbərlər