Ukraynanın Kamenets-Podolski şəhərində “Üzvi və Qeyri-üzvi materiallarda elektron prosesləri” 12-ci Beynəlxalq Konfransı (ICEPOM-12) keçirilib. Onlayn konfrans Taras Şevçenko adına Kiyev Dövlət Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının Fizika İnstitutu və İvan Oqiyenko adına Kamenets-Podolski Milli Universitetinin təşkilatçılığı ilə baş tutub. Konfransın işində 22 elmi məruzə dinlənilib. Azərbaycanlı alimlər də bu konfransa onlayn qoşulublar.
Bildirilib ki, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Samirə İmaməliyeva konfransa onlayn qoşularaq topoloji izolyatorlar və yarımkeçirici materialşünaslıq üzrə məruzə ilə çıxış ediblər və sertifikata layiq görülüblər.
Tehsil-press.az