Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn şəkildə uğurla davam etdirilir. İnstitutdan Elmi müəssisədə fiziki kimya, kimyəvi kinetika və kataliz ixtisaslarında təhsil alan I kurs magistrantlara müasir fiziki-kimyəvi tədqiqat üsulları fənnindən akademik Əjdər Məcidov, fotokimyəvi və zəncirvarı reaksiyalar fənnindən kimya üzrə elmlər doktoru, dosent Lətifə Həsənova tərəfindən dərslər onlayn rejimdə tədris olunub.Bununla yanaşı, II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. Magistrantların elmi rəhbərləri onlara onlayn formada həm tədris prosesi, həm də dissertasiya işlərinin yekunlaşdırılması üzrə elmi-metodiki məsləhətlər verirlər.
Qeyd edək ki, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisası üzrə təhsil alan II kurs magistrant Xədicə Rüstəmli elmi-pedaqoji təcrübə çərçivəsində I kurs magistrantlara onlayn dərs keçib. Elmi-pedaqoji təcrübədə institutun magistrantları ilə yanaşı, Polimer Materialları və Radiasiya Problemləri institutlarının magistrantları da iştirak edirlər.
Tehsil-press.az














