Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olaraq AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir.
Elmi müəssisənin kompozisiya materialları kimyası, qeyri-üzvi kimya, kimyəvi kinetika və kataliz, yüksəkmolekullu birləşmələr kimyası ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan lak-boya materialları fənnini AMEA-nın müxbir üzvü Abbasqulu Quliyev, faza diaqramlarının termodinamiki analizi və 3D modelləşdirilməsi fənnini professor Asif Məmmədov, fotokimyəvi və zəncirvarı reaksiyalar fənnini kimya üzrə fəlsəfə doktoru, dosent Lətifə Həsənova və kompozit materiallar fənnini kimya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Məmmədova onlayn rejimdə tədris edib. Bununla yanaşı, II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulub və tələb olunan minimum sayda sınaq dərslərini I kurs magistrantlara keçiblər.
Tehsil-press.az