ÜST-dən koronavirusla bağlı son rəqəmlər

ÜST-dən koronavirusla bağlı son rəqəmlər Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 183 mindən çox artaraq 8 708 008-ə yüksəlib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 4 743 nəfər koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 461 715-ə çatıb.
Xəstəlik daha çox Şimali və Cənubi Amerikada yayılıb. Orada 4,2 milyondan çox yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər