UNEC “Coursera for Campus” dəstək proqramına qoşulub

UNEC “Coursera for Campus” dəstək proqramına qoşulub Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Coursera for Campus” dəstək proqramına qoşulub.
2600 tələbə təqdim olunan fürsətlərdən yararlanıb. Proqram çərçivəsində tələbələr 708 adda kurs üzrə 124 min 686 dərs mövzusu dinləyiblər. Ümumilikdə isə 1778 tələbə kursu uğurla tamamlayaraq, 5546 sertifikat qazanıb.
UNEC tələbələrinin proqramdakı yüksək fəallığına görə “Coursera”dan universitet rəhbərliyi adına təşəkkür məktubu daxil olub.
Distant təhsilə keçid kütləvi açıq onlayn kursların təhsil prosesinə inteqrasiyasını qaçılmaz edir. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi həm də özünüinkişaf fəaliyyətinə daha çox zaman ayırmaq üçün bir fürsətdir. Bütün bunları və qarşıdan gələn yay tətilini nəzərə alaraq, “Coursera” ilə aparılan danışıqlar nəticəsində UNEC üçün ayrılan 2600 lisenziyanın sayı 5000-ə qədər artırılıb və hər lisenziya üçün tətbiq edilən 5 kurs seçim limiti aradan qaldırılıb. Lisenziya əldə edən hər kəs iyunun 30-dək limitsiz sayda kurs götürə bilər. Kurslar sentyabrın 1-dək davam edəcək. Dəstək proqramı çərçivəsində qazanılan sertifikatlara görə ödəniş tələb olunmur.
Lisenziyası olmayanlar link vasitəsilə müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər