UNEC Ekstern Mərkəzi distant formada sertifikat proqramına start verib

UNEC Ekstern Mərkəzi distant formada sertifikat proqramına start verib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ekstern Mərkəzində tyutor hazırlığı üzrə distant formada sertifikat proqramı tədris edilir.
Sertifikat proqramının tədrisində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır.
Sertifikat proqramında iştirak edənlər olduqları məkandan ayrılmadan UNEC Ekstern Mərkəzində keçirilən dərsləri onlayn dinləyə bilirlər. Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir və bu sahədə UNEC-in təcrübəli müəllimləri öz bilik və təcrübələrini təlim iştirakçıları ilə paylaşırlar.
Proqram üç ay müddətində tədris olunacaq. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikatla təmin olunacaq.

UNEC-in Mtbuat Xidmti

Oxşar xəbərlər