
Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib.
Onun sözlərinə görə, ötən gün ərzində daha 2 563 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla ölkə üzrə yoluxma hallarının ümumi sayı 192 min 439-a çatıb.
152 min 675 pasiyentin müalicə olunaraq sağaldığı, ümumilikdə 1 milyon 293 min 609 nəfərin isə koronavirus testindən keçdiyi açıqlanıb.
Xatırladaq ki, İranda karantin tədbirləri nəticəsində may ayında gündəlik yoluxma sayı 800-ün altında idi.
Tehsil-press.az