BDU-da onlayn imtahan sessiyası davam edir

BDU-da onlayn imtahan sessiyası davam edir Bakı Dövlət Universitetində (BDU) dünəndən etibarən yay imtahan sessiyası başlayıb. Onlayn imtahan sessiyası bu gün də yüksək təşkilatçılıqla davam edib.
İyunun 9-da bakalavriat pilləsində təhsil alan 218 qrup üzrə 4668 (202 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 51 ixtisaslaşmada 45 fənn üzrə 170 magistrant imtahan verib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Onlayn keçirilən yay imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az

Oxşar xəbərlər