BDU-da onlayn imtahan sessiyası davam edir

BDU-da onlayn imtahan sessiyası davam edir Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyası bu gün də yüksək təşkilatçılıqla davam edib.
Bakalavriat pilləsində təhsil alan 131 qrup üzrə 2759 (52 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 46 ixtisaslaşmada 34 fənn üzrə 167 magistrant imtahan verib.
İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
BDU-da yaz semestrinin onlayn imtahan sessiyası 5 həftə ərzində şifahi formada davam edəcək, sessiya iyulun 10-da yekunlaşacaq.

Tehsil-press.az


Oxşar xəbərlər