AzMİU-da imtahan sessiyası uğurla davam edir

AzMİU-da imtahan sessiyası uğurla davam edir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.
İmtahanlar məsul şəxslərin nəzarəti altında aparılır. Onlar mütəmadi olaraq imtahan prosesini izləyir, neqativ hallar baş verərsə, operativ şəkildə qarşısını alırlar.
Qeyd edək ki, AzMİU-da qış imtahan sessiyası fevralın 1-də başa çatacaq.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər