UNEC-in Zaqatala filialında “Elektron universitet” modeli tətbiq edilir

UNEC-in Zaqatala filialında “Elektron universitet” modeli tətbiq edilir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi şurasının qəbul etdiyi qərara əsasən, universitetin Zaqatala filialında struktur dəyişikliyi həyata keçirilib.
Filialda İqtisadiyyat fakültəsinin yerinə Zaqatala İqtisad Məktəbi yaradılıb, “Elektron universitet” modelinin və "Eduman" - elektron tədris sisteminin tətbiqinə başlanılıb. “Elektron universitet” modelinin tətbiqi ilə əlaqədar müəllimlərə təlimlər keçirilib, tələbələr məlumatlandırılıb. Filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apelyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər