İqtisad Universiteti ölkə xaricində orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığına başlayır

İqtisad Universiteti ölkə xaricində orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığına başlayır Rusiyanın Elm və Təhsil Nazirliyinin əmri ilə rəsmi lisenziya əsasında fəaliyyət göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialında region üzrə iqtisadi təhsilin genişləndirilməsi istiqamətində yeni imkanlar yaradılıb. Belə ki, bu ilin avqustunda Rusiya Federasiyası təhsil və elm sahəsinə nəzarət federal xidməti tərəfindən imzalanmış əmrə əsasən, UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı, orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı da həyata keçiriləcək. Bununla da UNEC - təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fəaliyyəti göstərən ilk Azərbaycan universiteti olub.
Bu universitetin Dərbənd filialında orta ixtisas təhsili üzrə qəbul prosesi Rusiya Federasiyası qəbul qaydaları əsasında həyata keçiriləcək. Filialda maliyyə, bank işi, tətbiqi informatika, informasiya sistemləri, iqtisadiyyat və mühasibat uçotu üzrə mütəxəssislər hazırlanmaqla, beş ixtisas üzrə tədris aparılacaq.
Qeyd edək ki, 2016-cı ildən etibarən UNEC Avropa İttifaqına üzv ölkədə də mütəxəssis hazırlığını həyata keçirir. Belə ki, UNEC ilə Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında imzalanan müqaviləyə əsasən, bu ölkədə birgə magistr proqramı üzrə mütəxəssislər hazırlanır və bu ilin sonunda ilk məzunlar diplomlarını alacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər