“UniLab” layihəsi çərçivəsində növbəti virtual görüş

“UniLab” layihəsi çərçivəsində növbəti virtual görüş Xəzər Universitetinin tərəfdaşı olduğu “Erasmus+ UniLab” (“XXI əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli”) layihəsinin növbəti virtual görüşü keçirilib. Görüşdə İspaniya, Avstriya, Fransa, Rusiya, Belarus və digər tərəfdaş universitetlərin nümayəndələri iştirak ediblər.
Görüşdə layihə çərçivəsində görülən işlərin hesabatı verilib.
“UniLab layihəsinin koordinatoru Carme Royo (EUCEN - Avropa Universitetlərinin Davamlı Təhsil Şəbəkəsi) bu il Xəzər Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” adlı virtual konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib və layihənin işinə uğurlar arzulayıb.
Ümumilikdə, layihə çərçivəsində görülən işlər qənaətbəxş hesab olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər