UniLab layihəsinin onlayn monitorinq görüşü

UniLab layihəsinin onlayn monitorinq görüşü Xəzər Universitetinin tərəfdaşı olduğu “Erasmus+” UniLab (“XXI əsrdə universitetdən əmək bazarına: işə qəbulolunmada bir addım irəli”) layihəsinin onlayn monitorinq görüşü keçirilib.
Görüş “Erasmus+” proqramı üzrə Milli Ofisin rəhbəri Pərviz Bağırov, ofisin monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənovun rəhbərliyi ilə təşkil olunub.
Onlayn görüşdə İspaniyadan layihənin əlaqələndiricisi Carme Royo, Xəzər Universitetindən Ülkər Bayramova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Leyla Nağıyeva iştirak ediblər.
Tərəflər “Erasmus+” proqramı üzrə Milli Ofis rəhbərliyinin suallarını cavablandırıblar. UniLab layihəsi çərçivəsində görülmüş işlər, perspektiv planlar barədə məlumat verilib.
Layihə üzrə görülmüş işlər qənaətbəxş hesab olunub.

Tehsil-press.az

Oxşar xəbərlər