“UniLab”ın virtual konfransa hazırlıqla bağlı görüşü olub

“UniLab”ın virtual konfransa hazırlıqla bağlı görüşü olub Xəzər Universiteti İnkişaf Mərkəzi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “UniLab” layihəsi çərçivəsində təşkil olunacaq “Universitetlər və kompaniyalar: tərəfdaşlıqda çətinliklər və perspektivlər” mövzusunda virtual respublika konfransına hazırlıq məsələləri ilə bağlı “Zoom” proqramı üzərindən görüş keçirib.
Görüşdə Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova, Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova və Karyera Mərkəzinin rəhbəri Fəxrəddin Abdullayev iştirak ediblər. Virtual görüşün keçirilməsində məqsəd hazırlıq işlərinin hansı səviyyədə getdiyini, qarşıya çıxan çətinliklər və konfransın gündəliyinin hazırlanması haqqında müzakirələr aparılması olub. Həmçinin görüşdə qarşıda duran növbəti işlər müəyyənləşdirilib və konfransdan əvvəl virtual platformada test görüşünün keçirilməsinə qərar verilib.

Tehsil-press.az

Oxşar xəbərlər