Avropanın klaster təcrübəsinə həsr olunmuş onlayn işçi görüş

Avropanın klaster təcrübəsinə həsr olunmuş onlayn işçi görüş Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu “Erasmus+KA2” proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində Avropanın klaster təcrübəsi ilə tanışlığa həsr olunan növbəti onlayn işçi görüş keçirilib.
Görüşdə layihə çərçivəsində Avstriya, İtaliya və İspaniya tərəfdaşlarının klaster təcrübələri, milli modellər, onların fəaliyyət istiqamətləri və tərəfdaşların fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Tədqiqat və inkişaf şöbəsinin müdiri, dosent Mərziyyə Ağayeva, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva və beynəlxalq qrant və layihələr üzrə mütəxəssis Mənzər Kazımova iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər