Korrupsiyada ittiham olunan keçmiş kral ölkəsini tərk etdi

Korrupsiyada ittiham olunan keçmiş kral ölkəsini tərk etdi Korrupsiya qalmaqalının mərkəzində olan keçmiş İspaniya kralı Xuan Karlos ölkəsini tərk edib.
Onun hara getdiyi bilinmir. Daha əvvəl İspaniyanı tərk edəcəyi barədə hazırda ölkənin kralı olan oğlu VI Felipeyə rəsmi şəkildə məlumat verən Karlos “İspaniya vətəndaşlarına və dövlət qurumlarına mümkün olan ən yaxşı xidmət etmək istəyini rəhbər tutaraq” belə bir qərara gəldiyini bildirmişdi.
Xatırladaq ki, 2014-cü ildə Xuan Karlos taxt-tacdan oğlunun xeyrinə əl çəkib. Bununla belə o, kral titulunu özündə saxlayıb. İyunun əvvəlində İspaniya Ali Məhkəməsi keçmiş hökmdara qarşı Səudiyyə Ərəbistanında Məkkə və Mədinə şəhərləri arasında sürətli dəmir yolunun tikintisi üzrə bağlanmış müqavilələr səbəbindən tədqiqatlara başlayıb. İstintaq iddia edir ki, Xuan Karlos Səudiyyə kralının ətrafındakı insanlardan rüşvət alıb.
Bu qalmaqaldan sonra VI Felipe atasını kral evinin büdcəsindən məhrum etmək qərarına gəlib və mirasdan imtina edib.

Tehsil-press.az

Oxşar xəbərlər