
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında deyilir.
Çimərliklərdən istifadə edən şəxslərin bir sıra qaydalara əməl etməlidir:
1. Çimərliklərə getməmişdən əvvəl cimerlik.az saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq;
2. Çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək;
3. İstifadəsi zəruri sayılan əşyaları özünüz ilə çimərliyə gətirmək;
4. Çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək;
5. Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək;
6. Sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istirahət etmək;
7. Çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq;
8. Qadağan olunmuş ərazilərdən istifadə etməmək;
9. Sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə nəzarətçiyə dərhal məlumat vermək;
10. Çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək.
Tehsil-press.az