Çimərliklərdə sıxlıq var - Video

Çimərliklərdə sıxlıq var - Video Ölkədə tətbiq olunan sərt karantin rejiminin qismən yumşalması ilə çimərliklərin açılması orada sıxlığa səbəb olub.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov televiziyaya müsahibəsində bildirib ki, bir neçə gündür gəldikləri qənaət, müşahidələr bir balaca narahatlığa əsas verir:
“Bəzən insanlarımızın portala (cimerlik.az-red.) müraciət etmədən, əvvəlcədən özü üçün müəyyənləşdirdiyi çimərliyə üz tutduğunu şahidi oluruq. Bu da arzulamadığımız sıxlıqların, narahatlıq yaradacaq məqamların ortaya çıxmasına səbəb ola bilər”.
Şöbə müdiri bir daha sakinlərə tövsiyə edib ki, gedəcəkləri çimərliklərə üz tutmazdan öncə məlumat əldə etsinlər:
“Bu, icazə anlamına gəlməməlidir. İnsanlar həmin portala müraciət edəndən sonra bilsinlər ki, gedəcəyi çimərlikdə onun istirahəti üçün zərrə qədər də təhlükə var ya yoxdur. Yəni boşluq və doluluq baxımından. Bu baxımdan bu, bizim üçün çox həssas məsələdir”.



Tehsil-press.az

Oxşar xəbərlər