Direktor vəzifəsinə işə qəbul üzrə namizəd dörd vakant yer seçə bilər

Direktor vəzifəsinə işə qəbul üzrə namizəd dörd vakant yer seçə bilər Sentyabrın 28-dən oktyabrın 2-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 28-dən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən namizədlərin elektron ərizələri təsdiq edilir.
Namizədlər hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 4 vakant yer seçə bilərlər. Müsahibə mərhələsinin nəticəsinə əsasən, seçim ardıcıllığı nəzərə alınmadan komissiyanın qərarına uyğun olaraq namizədlər vakant yerlərə yerləşdirilirlər.

Tehsil-press.az

Oxşar xəbərlər