Çin vaksinini inkişaf etməkdə olan ölkələrə təqdim etməyə hazırdı

Çin vaksinini inkişaf etməkdə olan ölkələrə təqdim etməyə hazırdı Çin istehsal etdiyi koronavirus vaksininin sınaqları başa çatdıqdan dərhal sonra onu inkişaf etməkdə olan ölkələrə təqdim etməyə hazırdır.
Bu barədə ÇXR-in xarici işlər naziri Van İ BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasındakı çıxışında bildirib.
“Vaksinimizin sınaqlarını sona çatdırırıq. Onlar uğurla nəticələnən kimi biz onu inkişaf etməkdə olan bütün ölkələrə təqdim etməyə hazır olacağıq. O, ümumi bir nemət olacaq”, - o, videomüraciətində deyib.
Hazırda Çin beş vaksinin klinik sınaqlarının üçüncü mərhələsini keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər