Rusiya Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxal edəcək
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 24-dən Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.
Bu barədə xidmətin rəhbəri Anton Karmazin bildirib.
Onun sözlərinə görə, pomidor Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək.
Tehsil-press.az
- Baxış: 3222
Xəbərin tarixi: 24.12.2020 / 10:00
-
Oxşar xəbərlər