Peşə təhsili pilləsi üzrə 200-dən artıq videodərs hazırlanıb

Peşə təhsili pilləsi üzrə 200-dən artıq videodərs hazırlanıb Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədris prosesinin effektivliyinin artırılması məqsədilə peşə təhsili pilləsi üzrə televiziyada və həmçinin müxtəlif platformalarda yayımlanan 200-dən artıq videodərs hazırlanıb.
Videodərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Bu günədək peşə təhsili pilləsi üzrə tədrisi aparılan əsas baza modulları üzrə 58, təcrübi ixtisas dərsləri üzrə 124, nəzəri ixtisas dərsləri üzrə 35 videodərs çəkilib.
Hazırlanan videodərsləri agentliyin rəsmi “YouTube” (https://bit.ly/2KobUFk) səhifəsindən, eləcə də Təhsil Nazirliyinin https://video.edu.az/ platforması üzərindən izləmək mümkündür.
Qeyd edək ki, bir sıra dərslərin çəkilişində Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi ilə bağlı BMT-nin İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilmiş layihələrin də köməyi olub.

Tehsil-press.az


Oxşar xəbərlər