Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev yanvarın 8-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün “Koronavirusa qarşı peyvəndin hazırlanmasında müasir yanaşmalar” mövzusunda onlayn ustad dərsi keçəcək.“Microsoft Teams” platforması üzərindən təşkil olunacaq tədbirdə iştirak etmək istəyənlər yanvarın 7-i saat 17:00-dək [email protected] və ya [email protected] ünvanlarına müraciət etməlidirlər.
Tehsil-press.az













