Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir

Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Sumqayıt Texnologiyalar Parkının (STP) rəhbərliyi ilə görüşüb.
STP-nin zavodları ilə tanışlıqdan sonra ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Məqsəd təhsil və istehsal müəssisələrinin əməkdaşlıq müstəvisini genişləndirmək, həmçinin birgə reallaşdırılacaq təşəbbüsləri intensivləşdirmək olub.
Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında tələbələrə verilən nəzəri biliklər əsasında təcrübənin genişləndirilməsi, eləcə də müasir innovasiyalar və yüksək texnologiyaların tətbiqinin öyrənilməsi istiqamətində əməkdaşlığın zəruriliyi vurğulanıb. Təkcə kadr hazırlığı istiqamətində deyil, eyni zamanda, tədrisin təşkili, elmi-tədqiqatların genişləndirilməsi məqsədilə əməkdaşlığın yeni imkanları və formatının hazırlanması barədə razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər