Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
Beş il müddətinə imzalanmış memorandum elmi-texniki innovasiya sahəsində əməkdaşlıq, müştərək layihələrin hazırlanması və icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi məsələlərini nəzərdə tutur. Sənəd, həmçinin gənc kadrların motivasiyası, startapçıların yetişdirilməsi, dünya əmək bazarının tələblərinə uyğun, mütərəqqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssis hazırlığı məsələlərini əhatə edir.
Memorandum UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov və “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsini icra edən Tural Kərimli tərəfindən imzalanıb.

UNEC-in Mətbuat Xidməti