Texniki Universitet Sumqayıt Texnologiyalar Data Mərkəzi ilə əməkdaşlığa başlayıb

Texniki Universitet Sumqayıt Texnologiyalar Data Mərkəzi ilə əməkdaşlığa başlayıb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Sumqayıt Texnologiyalar Data Mərkəzinin (STDM) direktoru Elvin Aslanovla görüşüb.
Görüşdə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi və müasir əmək bazarının tələblərinə uyğun, yaradıcı, müasir texnologiyaların tətbiqini mənimsəyən gənc kadrların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
STDM-in əməkdaşlarının tələbələr üçün təqaüdlü ustad təcrübə proqramları, magistr, doktorant və universitet işçiləri üçün isə fərdi inkişaf mövzularında seminar və təlimlərin keçirilməsi müzakirə olunub.
Görüşün sonunda AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər