
Bu barədə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyinin AzTU-nun rektoru, professor Vilayət Vəliyev ilə görüşündə danışılıb.
Professor Vilayət Vəliyev birgə əməkdaşlıqdan, elmi tədqiqat işlərindən, tələbə-müəllim mübadiləsindən, ikili diplom proqramlarından, əmək bazarlarına uyğun rəqabətqabiliyyətli mütəxəssislər hazırlanmasından, təcrübə mübadiləsindən danışıb.
Görüşdə AzTU ilə Macarıstanın Debresen Universitetinin uğurlu əməkdaşlığından bəhs olunub və bu əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra təhsil sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tehsil-press.az