Samişünaslığa dair monoqrafiyalar nəşr olunub

Samişünaslığa dair monoqrafiyalar nəşr olunub Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin əməkdaşları Təranə Hüseynbalayeva və Heybət Heybətovun samişünaslığa dair monoqrafiyaları nəşr olunub.
“Sami dilləri tarixi” və “Sami dillərinin müqayisəli qrammatikası” kitablarının hazırlanmasında respublikamızda çapdan çıxmış dilçilik əsərləri ilə yanaşı rus, Avropa, ərəb və İsrail samişünaslarının əsərlərindən, həmçinin bu sahə üzrə dünyanın müxtəlif ölkələrində çap edilmiş dövri elmi nəşrlədən istifadə olunub.
Samişünaslıq müstəqil elm sahəsi kimi XIX əsrdə formalaşmağa başlayıb. Qrammatikaya aid mühüm əsərlər, lüğətlər, çoxcildli tarixi kitablar, ədəbiyyat topluları, orta əsr sami filoloqlarının əsərlərinin təhlili və s. tədqiqat işləri çap edilib, nəticədə samişünaslıq müxtəlif qollara bölünüb.

Tehsil-press.az

Oxşar xəbərlər