Akademik Yusif Məmmədəliyevin seçilmiş əsərləri yenidən nəşr olunub

Akademik Yusif Məmmədəliyevin seçilmiş əsərləri yenidən nəşr olunub Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planına uyğun olaraq, akademik Yusif Məmmədəliyevin seçilmiş əsərlərinin I, II və III cildləri “Elm” nəşriyyatında yenidən çap edilib.
Birinci cild ilk dəfə 1945-ci ildə nəşr olunub və ona “Ön söz”ü Sosialist Əməyi Qəhrəmanı, akademik N.D.Zelinski və SSRİ EA-nın müxbir üzvü A.A.Balandin yazıb. Kitabda alimin 37 əsəri verilib.
İkinci cilddə akademikin 68, üçüncü cilddə isə 72 elmi əsəri toplanıb. Üçüncü cild ilk dəfədir nəşr olunur.
Yeni nəşr magistrant, doktorant və elmi-tədqiqat işi ilə məşğul olanlar üçün dəyərli vəsaitdir.

Tehsil-press.az

Oxşar xəbərlər