Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 1700-dən çox bakalavr ərizəsini təsdiqlədib

Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 1700-dən çox bakalavr ərizəsini təsdiqlədib 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 18-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Bu günə olan məlumata görə, 1701 bakalavr (Azərbaycan bölməsi – 1520, rus bölməsi – 181) ərizəsini təsdiqlədib.

Tehsil-press.az

Oxşar xəbərlər