Sonuncu kurs tələbələri və magistrlər 14 həftəlik istehsalat təcrübəsi keçəcəklər

Sonuncu kurs tələbələri və magistrlər 14 həftəlik istehsalat təcrübəsi keçəcəklər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sonuncu kurs tələbələri və magistrlər ölkənin müxtəlif müəssisələrində 14 həftəlik istehsalat təcrübəsi keçəcəklər.
Təcrübə və karyera mərkəzinin müdiri Xanlar Qəniyev videogörüşdə IV kurs tələbələrinin istehsalat və II kurs magistrlərin elmi tədqiqat təcrübələri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 14 həftəlik istehsalat təcrübəsi mayın 25-dək, elmi tədqiqat təcrübəsi isə martın 16-dək universitetin tərəfdaşı olan müəssisələrdə keçiriləcək. Ümumilikdə isə 1750 tələbə və magistr təcrübə keçəcək.

Tehsil-press.az



Oxşar xəbərlər